“Gürcü Arzusu”nun mərkəzi ofisində parlament əksəriyyətinin iclası keçirilib
“Gürcü Arzusu”nun mərkəzi ofisində parlament əksəriyyətinin iclası keçirilib

 
“Gürcü Arzusu”nun parlament əksəriyyətinin bu gün keçirilən iclasında Baş nazir İrakli Ğaribaşvilinin qiymətlərin tənzimlənməsi ilə bağlı təşəbbüsünə toxunulub. Qeyd olunub ki, müvafiq qanun layihəsi Gürcüstan parlamentinə təqdim olunacaq və əksəriyyəti tərəfindən dəstəklənəcək. Miqrasiya məsələsi də həmçinin müzakirə olunub.

Bununla yanaşı, əksəriyyətinin üzvləri “Xalqın Gücü”nün təşəbbüsü ilə hazırlanan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə ediblər. Qeyd olunub ki, parlament əksəriyyəti qanun layihəsinin prinsiplərini dəstəkləyir, detalların müzakirəsi davam etdiriləcək.

Əksəriyyətinin üzvləri cari sessiya həftəsinin plenar iclaslarında müzakirə olunacaq məsələləri də müzakirə ediblər. Fevralın 21-də onlar “Nazir saatı” formatında daxili işlər naziri Vaxtanq Qomelaurini dinləyəcəklər. Fevralın 22-də keçiriləcək iclasda müxtəlif qanun layihələri müzakirə edəcək və komitələrin hesabatlarını dinləyəcəklər.