"Gürcü Arzusunun" liderləri Sameqrelo-Zemo Svanetidə seçkiqabağı görüşlərini keçirirlər
"Gürcü Arzusunun" liderləri Sameqrelo-Zemo Svanetidə seçkiqabağı görüşlərini keçirirlər

“Gürcü Arzusunun” liderləri bölgələrdə görüşlərini davam etdirirlər. Zuqdididə partiyanın fəalları ilə baş nazir İrakli Ğaribaşvili, partiyanın sədri İrakli Kobaxidze, baş katib Kaxi Kaladze, icra katibi Mamuka Mdinaradze və bölgə katibi Dimitri Samxaradze görüşdülər.

Görüşün birinci hissəsindən sonra, İrakli Kobaxidze bəyan etdi ki, görüşdə söhbət siyasi mövzular, eləcə də yerli seçkilər barəsində idi.

“Bölgələrdə görüşlərimizi davam etdiririk. Bu gün partiya üzvləri ilə Sameqrelo-Zemo Svanetidə görüşürük. Biz sözsüz ki, cari siyasi proseslər barəsində söhbət edirik və həmçinin seçki hazırlığına xüsusi diqqət yetiririk. Bir neçə aya yerli seçkilər keçirləcək və bizim üçün önəmlidir ki, komandamız, o cümlədən Sameqrelo-Zemo Svanetidə tamamilə səfərbər olunmuş olsun ki, biz seçkilərdə müvafiq nəticə əldə edək”, – Kobaxidze bəyan etdi.