“Gürcü Arzusunun” liderləri sabahdan bölgə görüşlərinəə başlayırlar
“Gürcü Arzusunun” liderləri sabahdan bölgə görüşlərinəə başlayırlar

“Gürcü Arzusunun” sədri İrakli Kobaxidze, icraçı katib Mamuka Mdinaradze və bölgə katibi Dimitri Samxaradze bölgə görüşlərinə başlayırlar. Bu barədə məlumat “Gürcü Arzusunun” mətbuat xidməti yayır.

Onların məlumatına görə, görüş iyulun 18-də Batumidə, iyulun 19-da Kobuletidə, iyulun 20-də Ambrolauridə keçiriləcək.

“Partiya rəhbərləri Acara, Quriya və Raça-Leçxumi-Kvemo Svaneti munisipalitetlərinin merləri, Sakrebulo sədrləri və partiyanın yerli rəhbərləri ilə görüşəcəklər”, – partiyanın mətbuat xidmətiinin məlumatımda deyilir.