“Gürcü Arzusu”nun konfranslarında Lançxuti, Ozurqeti və Çoxataurinin yerli təşkilatlarının sədrləri və büro üzvlərini seçiblər
“Gürcü Arzusu”nun Quriya bölgəsində partiya konfransları başa çatıb. Partiyanın mətbuat xidmətindən verilən məlumata əsasən, bu gün Lançxuti, Ozurqeti və Çoxatauridə keçirilən konfranslarda yerli təşkilatların sədrləri və büro üzvləri seçilib.
“Gürcü Arzusu”nun Lançxuti təşkilatına Lançxuti Munisipalitetinin meri Aleksandre Sarişvili ; Ozurqeti təşkilatına – Ozurqeti Munisipalitetinin sakrebulo sədri Davit Darchia; Çoxatauri təşkilatına – Çoxatauri Munisipalitetinin meri, Davit Şaraşidze rəhbərlik edəcək.
Noyabrın 21-də Xaraqauli, Çiatura və Saçxeredə konfranslar keçiriləcək.