“Gürcü Arzusu”nun gənclər təşkilatının liderləri İsrailin hakim partiyasının gənclər təşkilatının nümayəndələrinə ev sahibliyi ediblər
“Gürcü Arzusu”nun gənclər təşkilatının liderləri İsrailin hakim partiyasının gənclər təşkilatının nümayəndələrinə ev sahibliyi ediblər

Parlamentin təhsil, elm və gənclərlə iş komitəsi sədrinin birinci müavini, “Gürcü Arzusu”nun gənclər təşkilatının sədri Giorgi Çakvetadze və Tbilisi Sakrebulosunun idman və gənclərlə iş komissiyasının sədri, partiyanın gənclər təşkilatı sədrinin müavini Quram Okropiridze, “Gürcü Arzusu”nun mərkəzi ofisində İsrailin hakim partiyası “Likud”un gənclər təşkilatının nümayəndələrinə ev sahibliyi edib.

“Gürcü Arzusu”nun gənclər təşkilatının məlumatına əsasən, görüşdə təşkilatlar arasında əməkdaşlıq imkanları, birgə layihələr və gələcək planlar müzakirə olunub.