“Gürcü Arzusu”nda “De-oliqarxizasiya haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə etməkdən imtina etdiklərini və layihəni Venesiya Komissiyasına göndərəcəklərini açıqlayırlar
“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze hakim partiyanın “De-oliqarxizasiya haqqında” qanun layihəsini Venesiya Komissiyasına göndərəcəyini bildirir.
Mdinaradzenin dediyi kimi, qanun layihəsi üçüncü oxunuşda müzakirə edilməyəcək və layihə hüquqi qiymət verilməsi üçün Venesiya Komissiyasına göndəriləcək.
“Biz bu qanun layihəsinin Venesiya Komissiyasına göndərilməsi ilə bağlı heç bir problem görmədiyimizi deyirdik, lakin əvvəlcə nə ilə qarşı-qarşıya qaldığımızı, əslində nə baş verdiyini öyrənməli olduğumuzu söyləyirdik. Venesiya Komissiyası ilə ünsiyyət nəticəsində məlum olub ki, bu qanunun Ukrayna analoqu ilə bağlı rəyin geri çağırılması və ya müvafiq qeydlə geri qaytarılması barədə məlumat yalandır. Venesiya Komissiyası öz rəyini gələn il Ukrayna parlamentinə təqdim edəcək. Bundan əlavə, Avropa komissarı Oliver Varheinin qanun layihəsini Venesiya Komissiyasına göndərmək çağırışı, eləcə də eyni tələbi Aİ-nin Gürcüstandakı yeni səfirinin həm KİV, həm də şəxsi ünsiyyət vasitəsi ilə səsləndirdiyi ictimaiyyətə məlumdur . Ukrayna qanununun, eyni qanunun Avropa Komissiyasının prezidenti tərəfindən bəyənildiyi və ən yüksək qiymətə layiq görülməsi, Ukrayna və Moldovanın namizəd statusunu, Gürcüstanın isə Avropa perspektivini aldığı , eyni zamanda, Ukrayna parlamentinin komissiyanın rəyini gözlədiyi şəraitdə, onun göndərilməsini lazım və labüd hesab etmirik. Lakin, dostlarımızın çağırışına hörmətlə yanaşdığımız , heç bir problem görmədiyimiz , ölkəyi və “Gürcü Arzusu”nu günahlandırmaq üçün spekulyasiyalara imkan verilməməsi məqsədilə qanun layihəsini hüquqi rəy üçün Venesiya Komissiyasına göndərmək qərarına gəldik. Müvafiq olaraq, biz qanunun üçüncü oxunuşda müzakirəsindən imtina edəcəyik və Venesiya Komissiyasının rəyini gözləyəcəyik. Qanuna vaxtında hüquqi qiymət verilməsi və prosesin sürətləndirilməsi bizim xahişimiz və müraciətimizdir”- deyə Mdinaradze bildirib.