“Gürcü Arzusu” tərəfindən baş prokurorun seçilməsi haqqında hazırlanmış qanunvericilik dəyişikliklərinin təşəbbüsü gələn həftə qaldırılacaq
“Gürcü Arzusu” tərəfindən baş prokurorun seçilməsi haqqında hazırlanmış qanunvericilik dəyişikliklərinin təşəbbüsü gələn həftə , payız sessiyasının ilk həftəsindəcə qaldırılacaq .
Qanunlayihəyə əsasən, növbəti iki çağırış parlamenti baş prokuroru tam tərkibin beşdə üç səs çoxluğu ilə seçəcək.
Layihəyə əsasən, əgər parlament tam tərkibin beşdə üç səs çoxluğu ilə baş prokuroru iki dəfə seçə bilməzsə, parlament baş prokuroru tam tərkibin əksəriyyəti ilə seçir. Bununla yanaşı, qanunlayihədə qeyd olunub ki, ikinci və üçüncü səsvermə müvafiq əvvəlki səsvermədən sonra 28-ci gündən gec olmayaraq keçiriləcək və eyni namizəd səsverməyə çıxarılacaq. Həmçinin layihəyə əsasən, növbəti iki çağırış parlamentinin tam tərkibinin səs çoxluğu ilə seçilən baş prokurorun səlahiyyət müddəti bir il olacaq.