"Gürcü Arzusu" parlamentin büro iclasında Avropaya inteqrasiya ilə bağlı qətnamə layihəsini təqdim edib
"Gürcü Arzusu" parlamentin büro iclasında Avropaya inteqrasiya ilə bağlı qətnamə layihəsini təqdim edib

 

“Gürcü Arzusu” parlament bürosunun bu gün keçirilən iclasında qətnamə layihəsi təqdim edib.

Parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bochorişvilinin sözlərinə görə, Gürcüstan parlamentində də ölkənin Avropaya inteqrasiya prosesinə kömək edəcək qətnamə mətni üzərində işlənilməsi vacib olacaq.

“Aİ və Ukrayna arasında münasibətlərdə inkişaf edən hadisələrdən irəli gələrək qətnamə layihəsini təqdim etmək istərdim. Biz hesab edirik ki, Gürcüstan parlamentində də ölkənin Avropaya inteqrasiya prosesinə kömək edəcək qətnamə mətni üzərində işlənilməsi vacib olacaq.
Gürcüstan Avropa İttifaqına üzv olmaq barədə istəyini elan edib, bu, bizim konstitusion vəzifəmiz, məqsədimizdir və hesab edirik ki, bu şəraitdə, Aİ-yə üzvlük perspektivi baxımından müəyyən çatların müşahidə edildiyi bir zamanda qətnamə layihəsi üzərində işləyək” -deyə Maka Bochorişvili bildirib.

Bochorişvilinin sözlərinə görə, müvafiq prosedurlar və məsləhətləşmələrdən sonra qətnamənin mətninin təşəbbüsünü qaldıracaqlar.