"Gürcü Arzusu" parlament əksəriyyətinin iclası haqqında məlumat yayır
"Gürcü Arzusu" parlament əksəriyyətinin iclası haqqında məlumat yayır

 

“Gürcü Arzusu”nun mərkəzi ofisində parlament əksəriyyətinin iclası keçirilib.

Partiyanın mətbuat xidməti tərəfindən yayılan məlumatda da qeyd olunduğu üzrə, əksəriyyətinin üzvləri yaz sessiyasını yekunlaşdırıblar. Aktual siyasi məsələlərə toxunulub.

“Xüsusilə “dinləmələr haqqında” qanunlayihəyə prezidentin qoyduğu veto və Avropa Komissiyasının 12 tövsiyyəsinin yerinə yetirilməsi. Bəhsi keçənlərlə bağlı yaxın günlərdə partiyanın siyasi şurası müzakirə aparacaq və tövsiyyələrin yerinə yetirilməsi müddətləri, aidiyyatı qurumlar və subyektlər ətraflı şəkildə yazılacaq.

İclasda əksəriyyətinin üzvləri – Sozar Subari, Mixeil Ğavelaşvili və Dimitri Xundadzenin “Gürcü Arzusu”nu, parlament əksəriyyəti və parlament vəzifələrini tərk etməklə bağlı qərarı müzakirə edilib” – deyə “Gürcü Arzusu”nun məlumatında deyilir.