"Gürcü Arzusu" ofisinin yanında polisə müqavimət və xuliqanlığa görə, altı aktivist həbs olundu
“Gürcü Arzusu” ofisinin yanında polisə müqavimət göstərmək və xuliqanlığa görə, altı aktivist həbs olundu.
Patrul polis departamentinin Mtatsminda-Krtsanisi idarəsinin rəhbəri Qoqa Memamişvilinin məlumatına görə, beş vətəndaş hüquqmühafizəçilərə müqavimət göstərdiyi və biri isə, xuliqanlıq etdiyinə görə, polis tərəfindən həbs edildi.
“Beş nəfər inzibati hüquq pozuntular məcəlləsinin 173-cü maddəsi ilə, biri isə, xırda xuliqanlığa görə həbs edildi”, – dedi Qoqa Memanişvili.