"Gürcü Arzusu" ofisi qarşısında qarşıdurma zamanı hüquqmühafizəçilər ərazidən bir neçə nəfəri çıxardılar
"Gürcü Arzusu" ofisi qarşısında qarşıdurma zamanı hüquqmühafizəçilər ərazidən bir neçə nəfəri çıxardılar

“Gürcü Arzusu” ofisi qarşısında aksiya iştirakçıları və hüquqmühafizəçilər arasında növbəti qarşıdurma baş verdi.

Aksiya iştirakçıları ofis istiqamətinə qırmızı boyalar və yumurtalar atdılar.

Hüquqmühafizəçilər ərazidən bir neçə nəfəri çıxardılar.

“Nə yaxalaya bilərsiniz və nə də bu dartışma ilə fəalları dayandıra bilməzsiniz. Boyanın adresatı “Gürcü Arzusudur”, konkret olaraq Ğaribaşvili icraçılardan biridir. Bütün “Gürcü Arzusu”, deputatlar da, polis işçiləri də həmiştiraçkıdılar. Buna görə, boyalara, yumuratalara da və etirazlara da dözməli olacaqlar, sonra gedəcəklər”, – Elene Xoştariya bəyan etdi.

“Gürcü Arzusu” partiyası ofisi qarşısında vəziyyət bu vaxta qədər də gərgindir. Yerinə böyük sayda hüquqmühafizəçilər səfərbər olunublar.

Ofis qarşısında toplaşanlar operator, Lekso Laşkaravanın vəfat etməsi ilə bağlı, baş nazir İrakli Ğaribaşvilinin istefasını tələb edirlər.