"Gürcü Arzusu" ofisi qarşısında aksiya iştirakçıları və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi
"Gürcü Arzusu" ofisi qarşısında aksiya iştirakçıları və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi

“Gürcü Arzusu” partiyası ofisi qarşısında aksiya iştirakçıları və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi.

Aksiya iştirakçılarının dediyinə görə, hüquqmühafizəçilərin onların yazı çəkdiyi pulivizatorları əllərindən aldılar.

Bununla yanaşı, az öncə aksiya iştirakçılar “Gürcü Arzusu” partiyası ofisinə yumurtalar atdılar.

“Gürcü Arzusu” partiyası ofisi qarşısında vəziyyət bu vaxta qədər gərgindir. Yerinə böyük sayda hüquqmühafizəçilər səfərbər olunublar.

Ofis qarşısında toplaşanlar operator, Lekso Laşkaravanın vəfat etməsi ilə bağlı, baş nazir İrakli Ğaribaşvilinin istefasını tələb edirlər.