"Gürcü Arzusu" bəyanat yayır - Çox önəmlidir ki, tariximizi və oktyabrın 1-dəki qələbəmizi unutmayaq
Önəmlidir ki, tariximizi və oktyarın 1-də əldə etdiyimiz qələbəyi unutmayaq, – bu barədə “Gürcü Arzusu – demokratik Gürcüstan” siyasi biriyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, yeddi ildir ki, gürcü xalqı oktyabrın 1-dəki qələbənin dəyərlərinə sadiq olduğunu hər seçkidə təsdiqləyir və bütün dünyaya göstərir ki, zorakı rejim gürcü ictimai üçün heç vaxt məqbul olmayacaq və zorakı qüvvələr gəlib revanş ala bilməyəcəklər.
“Yeddi il bundan öncə “Gürcü Arzusu” zorakı rejimi məğlub etdi.
Qorxuya, işgəncəyə və zorakılığa dayanan qaranlıq keçmişi geridə buraxmaq üçün gürcü xalqına illər lazım oldu.
“Gürcü Arzusu” əlindən gələni edir ki, ölkədə sülh, sabitlik, tərəqqi və firəvanlığa doğru gedən yol qorunsun.
Konstitusiya islahatı, məhkəmə islahatı, güc strukturlarının islahatı, medyanın, biznesin və ictimai təşkilatların azadlığı, demokratiya və avro-atlantik inteqrasiya, – keçən yeddi il böyük işlərlə və nailiyyətlərlə dolu idi.
Bugün biz ölkə olaraq, demokratiyanın ən böyük standartına nail olmuşuq.
Gələn il parlament seçkiləri proporsiyonal qayda ilə keçiriləcək və gürcü xalqı yenə öz ali arzusunu bildirəcək.
Bərabər keçirdiyimiz yeddi il göstərir ki, “Gürcü Arzusu” sakit və insana orientləşdirilmiş siyasət aparır və xalqımız qarşısında duran çağırışlarla ancaq “Gürcü Arzusu” mübarizə etməyə qadirdir.
Biz birlikdə qalib gələcəyik və ölkəmizi geri dönməz inkişaf yoluna qoyacağıq!
Bu günki gün münasibəti ilə sizi təbrik edirik” – deyilir “Gürcü Arzusunun” bəyanatında.