“Gürcü Arzusu” Axmeta Sakrebulosunun 2026-cı il aralıq seçkilərində öz namizədini irəli sürüb
Axmeta, Telavi, Ğvareli və Laqodexi bələdiyyələrinin nümayəndəsi İrakli Kadaqişvili və Kaxeti bölgəsinin dövlət nümayəndəsi Platon Kalmaxelidze, Axmeta bələdiyyəsinin Kasristsğali kəndində yerli əhaliyə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Axmeta Bələdiyyə Məclisinə (Sakrebulo) 2026-cı il aralıq seçkilərindəki namizədi Levan İtiuridzeni təqdim ediblər.
Kasristsğali kəndində sakinlərlə keçirilən görüşdə yerli vəziyyət müzakirə olunub və yaxın gələcəkdə əhalinin qeyd etdiyi ehtiyacların həll edilməsi barədə razılığa gəliblər.
Aralıq seçkiləri cari ilin oktyabrın 3-də keçiriləcək.