"Gürcü Arzusu" ailə dəyərləri və yetkinlik yaşına çatmayan şəxslərin müdafiəsi haqqında konstitusiya düzəlişləri hazırlayıb
“Gürcü Arzusu” partiyası ailə dəyərləri və yetkinlik yaşına çatmayan şəxslərin müdafiəsi haqqında konstitusiya düzəlişləri hazırlayıb.
Bu gün keçirilən brifinqdə parlament çoxluğunun lideri Mamuka Mdinaradze konstitusiya dəyişiklikləri ilə bağlı danışıb.
Belə ki, Mamuka Mdinaradze, konstitusiya qanun layihəsində aşağıdakı dəyişikliklərin nəzərdə tutulduğunu bildirib :
Maddə 1.
1. Qanunvericiliklə, yalnız yaşı 18 -dən az olmayan genetik olaraq bir kişi ilə genetik olaraq bir qadının birləşməsini nəzərdə tutan nikaha oxşar münasibət tənzimlənə bilər.
2. Yalnız Gürcüstan Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq nikahda olan ər-arvad və ya heteroseksual şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxsin övladlığa və ya himayəyə götürülməsinə icazə verilir.
3. İnsan cinsinin dəyişdirilməsi ilə bağlı istənilən tibbi müdaxilə qadağan edilib.
4. Dövlət və ya yerli özünüidarəetmə orqanı tərəfindən verilən sənəddə şəxsin genetik göstəricilərinə uyğun yalnız qadın və ya kişi cinsi göstərilir.
5. Dövlət orqanının və ya fərdi şəxsin genderə xas anlayışların istifadəsini birbaşa və ya dolayısı ilə məhdudlaşdıran istənilən qərarı etibarsızdır.
6. Eyni cinsli ailə və ya intim münasibətlərini, insesti, eyni cinsli cütlük və ya qeyri-heteroseksual şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxsin övladlığa və ya himayəyə götürülməsini, cinsin dəyişdirilməsi ilə bağlı tibbi müdaxiləni və ya genderə xas anlayışların istifadə edilməməsini populyarlaşdırmaq məqsədi daşıyan toplantılar qadağan edilib.
7. Eyni cinsli ailə və ya intim münasibətlərini, insesti, eyni cinsli cütlük və ya qeyri-heteroseksual şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxsin övladlığa və ya himayəyə götürülməsini, cinsin dəyişdirilməsi ilə bağlı tibbi müdaxiləni və ya genderə xas anlayışların istifadə edilməməsini populyarlaşdırmaq məqsədi daşıyan əsərlərin, proqram və ya digər materialın yayılması qadağan edilib.
8. Dövlət və ya özəl təhsil müəssisəsinin tədris prosesində eyni cinsli ailə və ya intim münasibətlərini, insesti, eyni cinsli cütlük və ya qeyri-heteroseksual şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxsin övladlığa və ya himayəyə götürülməsini, cinsin dəyişdirilməsi ilə bağlı tibbi müdaxiləni və ya genderə xas anlayışların istifadə edilməməsini populyarlaşdırmaq məqsədi daşıyan məlumatın verilməsi qadağan edilib.
Maddə 2 – Bu qanun dərc edildikdən dərhal sonra qüvvəyə minir.
Bundan əlavə, Gürcüstan Konstitusiyasının 30-cu maddəsinə (Gürcüstan Parlamentinin qurumları, 1995-ci il, No 31-33, Maddə 668) aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin – “3. Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların qorunması Gürcüstan Konstitusiyasının ayrılmaz hissəsi olan Gürcüstanın konstitusiya qanunu ilə təmin edilir”.