Qurcaanidə məcrasından çıxmış Çermisxevi çayı mərkəzi maqistral ilə birləşən yolu apardı
Qurcaanidə məcrasından çıxmış Çermisxevi çayı mərkəzi maqistral ilə birləşən yolu apardı

Qurcaanidə, Çeremi kəndi ətraf mühitdən təcrid olunub. Güclü yağış nəticəsində məcrasından çıxmış Çermisxevi çayı mərkəzi maqistral ilə birləşən yolu apardı.

Birinci kanalın jurnalistinin məıumatına görə, əhali ətraf mühitdən təcrid olunub. Qurcaani munisipaliteti merinin müavini, Simon Koçoraşvilinin Birinci Kanala bildirdiyinə görə, yolun təmizləmə işləri başlayacaq və ziyanın hesablanması çayın məcrasına dönməsindən sonra mümkün olacaq.

Bu, keçən illərdə dəfələrlə zədələnən, kəndi biləşdirən yeganə yoldur.

Çeremi kəndi Qurcaanidən 28 kilometrdə və dəniz səviyyəsindən 1000 metr hündürlükdə yerləşir.