Quriya vilayəti üzrə dövlət nümayəndəsi-Xoreti kəndində yeni körpü tikiləcək
Xoreti kəndində yeni körpü tikiləcək- bu barədə Quriya vilayəti üzrə dövlət nümayəndəsi Qiorqi Uruşadze açıqlama verib.
Onun sözlərinə görə, Ozurqetini Çoxatauri ilə birləşdirən yol hissəsində müvəqqəti körpü tikiləcək.
“Körpü təbii olaraq vaxt tələb etsə də, mütləq Xoreti kəndində tikiləcək. Suyun səviyyəsi azalıb və hazırda alternativ müvəqqəti yol və piyada zolağının çəkilməsi prosesi gedir. Materiallar alınır. Rayonumuzun hər bir sakininə demək istəyirəm ki, onların heç biri dövlətin diqqətindən kənarda qalmayacaq. Ozurqetini Çoxatauri ilə birləşdirən yol hissəsinə gəlincə isə, artıq müvəqqəti körpünün tikintisinə başlanılıb və yaxın günlərdə burada təhlükəsiz və sərbəst hərəkət etmək mümkün olacaq. O vaxta qədər biz dolama yoldan istifadə edə bilərik” – Qiorqi Uruşadze bildirib.