İrakli Kobaxidze: Qazaxıstanın Baş naziri ilə görüşdə ticarət və investisiyaların artırılması, regional əlaqələrin gücləndirilməsi və xalqlar arasında münasibətlərin dərinləşdirilməsi məsələlərini müzakirə etdik
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə keçirdiyi görüşlə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
İrakli Kobaxidze bildirib ki, görüş zamanı nümayəndə heyətlərinin iştirakı ilə ticarət və investisiyaların artırılması, regional bağlantının gücləndirilməsi, eləcə də xalqlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
“Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovla görüşdüm. Nümayəndə heyətlərimizlə birlikdə ticarət və investisiyaların artırılması, regional bağlantının gücləndirilməsi və xalqlar arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə etdik”, – deyə İrakli Kobaxidze paylaşımında qeyd edib.