Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Estoniyalı həmkarı ilə görüş keçirdi
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Estoniyalı həmkarı ilə görüş keçirdi

Gürcüstan və Estoniya prezidentləri NATO və “Şərq partnyorluğu” samitlərinə hazırlıq üçün konkret koordinasiyalı addımlar haqqında razılaşdılar.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Estoniya prezidenti ilə üz-bə-üz görüş keçirdi.

İki ölkənin prezidentləri Gürcüstanın avropa və Avroatlantik istiqamətləri haqqında söhbət etdilər.

Giorgi Marqvelaşvili Estoniya prezidentinə Gürcüstana ilk səfəri üçün, hansı ki, Gürcüstan-Estoniya diplomatik əlaqələrinin 25 illik yubileyinə rast gəldi, təşəkkür etdi.

Giorgi Marqvelaşvilinin bəyanatına görə, Estoniya prezidentinin səfəri xüsusi ilə, əhəmiyyətlidir, çünki Estoniya hazırda Avropa İttifaqının sədr ölkəsidir.

Gürcüstan prezidenti Estoniyalı həmkarını 2018-ci ilin mayın 26-da keçiriləcək Gürcüstanın müstəqillik gününə həsr olunan tədbirinə dəvət etdi.