Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Operativ-Texniki Agentliyinin nümayəndə heyəti rəsmi səfərlə ABŞ-də olub

11:32, 24.06.2026

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Operativ-Texniki Agentliyinin nümayəndə heyəti, agentliyin rəhbəri Beka Mamardashvilinin rəhbərliyi ilə rəsmi səfərlə ABŞ-də olub. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

Qurumun məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti CISA nümayəndələri ilə görüş keçirib.

Tərəflər qurumlar arasında kiberinsidentlər barədə məlumat mübadiləsi və zərurət yarandıqda koordinasiyalı reaksiya məsələlərini müzakirə ediblər. Həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə təşəbbüslər və layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Qeyd olunub ki, CISA-nın əsas funksiyası ABŞ-nin kritik infrastrukturunu kiberhücumlardan qorumaq və bu sahədə məlumat mübadiləsini həm milli, həm də beynəlxalq səviyyədə koordinasiya etməkdir.

Oxşar