Gürcü raqbiçiləri vətənə qayıtdılar
Gürcü raqbiçiləri vətənə qayıtdılar

“Çox zor bir oyun idi, elə oyunda qalib gəlmək üçün imkanlarımız təəssüf ki yoxdur”  – Gürcüstanın Milli Raqbi komandasının kapitanı Merab Şarikadze, Kardiffdə keçirilən Uels-Gürcüstan matçını bu sözlərlə dəyərləndirir

Raqbiçilər vətənə dünən gecə qayıtdılar. Dəstəkçiləri və sevənləri onları ovasiyalarla hava limanında qarşıladılar.

Məğlubiyyətə və matçına hesabına baxmayaraq, komandanın trenerlərindən biri Levan Maisaşvili matçdan razıdır.

“Bizim oğlanlar əllərindən gələni etdilər və yetəri qədər güclü oyun sərgilədilər. Bəzi texniki səbəblərimiz var. Oyunu heç-heçə hesabla bitirmək şansımız da var idi, təəssüf ki alınmadı” – dedi Maisaşvili.

Noyabrın 25-də gürcü raqbi komandası, Mixeil Mesxi stadionunda ABŞi komandası ilə görüşəcək.