Quram Tuşişvili Bakıda keçirilən dünya çempionatının finalına qədər (+100kq.) dörd qarşılaşmada qalib gəldi. Birinci görüşdə Rumınıyalı Daniel Nateanı, ikinci görüşdə Ukraynalı Yakiv Xomonu, üçüncüdə isə, Holandiyalı Roy Mayeri məğlubiyyətə uğratdı. Turnirin yarımfinalında gürcü idmançısı Monğolustanlı Durunbayar Ulzibayar ilə görüşdü və üçüncü dəqiqədə qələbə qazandı.
Final görüşündə Quram Tuşişvili ev sahibi Azərbaycanın adı ilə yarışan Uşanqi Kokauri ilə görüşdü. Buna qədər idmançılar iki dəfə görüşdülər (Bakı 2017; Zaqreb 2018) və hər iki görüş Tuşişvilinin qələbəsi ilə başa çatdı.
Bu, cari dünya çempionatında Gürcüstan yığması üçün ilk qızıl medal idi.