Quram Macharaşvili - Kezeraşvilinin müsahibəsi onun siyasətlə məşğul olmasının, KİV-i, partiyaları maliyyələşdirdiyinin, köməklik göstərdiyinin sübutudur, de-oliqarxizasiya qanunu ona şamil olunacaq
“Xalqın Gücü” hərəkatının üzvü Quram Macharaşvili Davit Kezeraşvilinin müsahibəsinin onun birbaşa siyasətlə məşğul olmasının əyani sübutu olduğunu bildirib.
“O, KİV-i, siyasi partiyaları müəyyən edir, maliyyələşdirir, kömək edir və müvafiq olaraq de-oliqarxizasiya haqqında qanunu qəbul edəndə şübhəsiz ki, bu şəxsə şamil olunacaq, çünki onun oliqarx olmasına dair açıq-aşkar əlamətlər və sübutlar var. Ölkədə oliqarx axtaran radikal müxalifət onu Kezeraşvili və Merabişvili timsalında aldı. Bu səbəbdən bir zamanlar Avropa komissarının bəyəndiyi Ukraynanın de-oliqarxizasiya qanununu bəyənmirlər. Vəziyyət belədir, biz ondan qaça bilmərik” –deyə Quram Macharaşvili açıqlayıb.
Gürcüstanın sabiq müdafiə naziri Davit Kezeraşvili mediadan birinin efirində açıqlayıb: “Qərbpərəst cinaha kömək edənlər azdır. Mən də onlardan biriyəm və sona qədər mübarizəmi davam etdirmək niyyətindəyəm. Müxtəlif siyasi subyektlər, vətəndaş cəmiyyətinin tez-tez köməyə ehtiyacı olan subyektləri də var. Əgər qarşı tərəfdən belə bir istək olarsa, mən özümü buna etməyə borclu hesab edirəm. Prinsip ikidir: mütləq qərbyönlü olmalıdır, ikincisi – qarşı tərəfdən istək olmalıdır, çünki mən gedib Gürcüstanda yalvararaq, gəlin bir şəkildə sizə köməklik göstərim deyə tərəfdaşlar axtarmıram”.