Ğulevidə neft emalı zavodu tikiləcək
Ğulevidə neft emalı zavodu tikiləcək

 
“Black Sea Petroleum” Gürcüstanda ilk tam dövrəli neft emalı zavodunu tikir. Zavodun tikintisinin birinci mərhələsinin investisiya həcmi 110 milyon ABŞ dolları təşkil edir, bütün layihənin investisiya həcmi isə 700 milyon ABŞ dollarına qədərdir.

Qeyd olunan göstərici ilə bu, müstəqil Gürcüstan tarixində ən böyük özəl investisiya layihəsidir. Neft emalı zavodunun mövcudluğu ölkənin enerji təhlükəsizliyinin və enerji müstəqilliyinin təməl daşına çevriləcək, bu da Gürcüstanın real müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinin zəmanəti olacaq. Zavod yüksək texnoloji, müasir avadanlıqla təchiz olunacaq, bu da ən yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən son məhsulun əldə edilməsini şərtləndirəcək.

Birinci mərhələdə müəssisənin illik gücü 1,2 milyon ton xam neftin emalını təşkil edir və o, gələn 2025-ci ilin birinci rübünün sonunda, mart ayında fəaliyyətə başlayacaq. 2026-cı ilin sonunda müəssisənin gücü daha 2,8 milyon ton artacaq və ildə 4 milyon tona çatacaq. 2028-ci ilin sonunda isə müəssisədə layihə ilə nəzərdə tutulmuş xam neftin və neft məhsullarının dərindən emalının yüksək texnologiyalı prosesləri tam şəkildə tətbiq olunacaq.

Zavodun inkişafının son mərhələsində “Black Sea Petroleum” nəinki idxalı tam əvəz edə və Gürcüstan bazarının tələbatını Avro 5 standartlı benzin və dizellə, həm də aviasiya yanacağı, bitum, maye qaz və sulfat turşusu ilə qarşılayacaq. Bununla yanaşı, öz məhsullarını Avropa və dünya bazarlarına çıxarması heç də az əhəmiyyət kəsb etmir. Bu layihə ilə yeni biznes klasterinin formalaşması üçün əsas yaranır.

“Black Sea Petroleum” ölkənin iqtisadi artım və inkişaf göstəricilərinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək: birinci mərhələdə zavodun ümumi dövriyyəsi 3 milyard lariyə (1,1 milyard ABŞ dolları) çatacaq, tam gücü ilə işə salındıqdan sonra isə 10 milyard lari (3,7 milyard ABŞ dolları) olacaq. Ölkənin ixrac potensialı əhəmiyyətli dərəcədə artacaq, xarici ticarət balansı yaxşılaşacaq, bu da son nəticədə gürcü milli valyutası larinin davamlılığını və sabitliyini təmin edəcək.

Ğulevi Neft Emalı Zavodunun tam dövrəli işə salınması avtomatik olaraq idxalın əvəzlənməsi və çox daha rəqabətli bazarın yaradılması deməkdir, bu da pərakəndə istehlakçılar üçün yanacağın ucuzlaşmış qiymətləri ilə əks olunacaq. Yuxarıda qeyd olunanlar ölkədə qiymət sabitliyinin və inflyasiyanın aşağı səviyyəsinin müəyyənedici amili olacaq.

Layihə Gürcüstanda yeni, əvvəllər məlum olmayan peşələrin formalaşması üçün unikal imkan yaradır, bu da gənclərimiz üçün yeni bilik və iş təcrübəsi əldə etmək üçün ən yaxşı vasitə olacaq. Bu, sonuncu ali məktəbin təhsil və elmi potensialının sonrakı inkişafı üçün istehsalatla sıx əlaqədə böyük təkandır.
Zavod beynəlxalq standartlara cavab verən yüksək maaşlı iş yerlərinin yaradılmasını təmin edəcək – birinci mərhələdə 500 iş yeri yaradılacaq, son mərhələdə bu iş yerləri iki dəfə artacaq və 1000 işçini keçəcək. İşlə təmin olunanların böyük əksəriyyətinin yerli kadrlar olması mühümdür.