Güclü yağış səbəbindən Batumidə küçələri su basıb
Güclü yağış səbəbindən Batumidə küçələri su basıb

 

Güclü yağış səbəbindən Batumidə küçələri su basıb. Batumi meriyası tərəfindən verilən məlumatda bol yağıntı ilə əlaqədar likvidasiya işlərinin aparıldığı deyilir.

Batumi meri Arçil Çikovani müvafiq xidmətlərlə birlikdə, su basmış ərazidədir.

“Batumi Tsğali”nin səyyar dəstələri kanalizasiya quyularının və kanalların təmizlənməsi və müvafiq likvidasiya tədbirlərini həyata keçirirlər.

Güclü yağıntı nəticəsində çaylar məcralarından çıxıb, bu isə bitişik küçələri suyun basması ilə nəticələnib.

Birləşdirilmiş ərazidə torpaq kütləsinin çökməsi müşahidə olunub. Meriyadan verilən məlumatda suyun vaxtında ərazidən çəkilməsi məqsədilə dənizə gedən bütün drenaj kanallarının açıldığı deyilir.