Güclü külək nəticəsində Tbilisidə ağaclar aşıb, müxtəlif infrastrukturlara ziyan dəyib
Güclü külək nəticəsində Tbilisidə ağaclar aşıb, müxtəlif infrastrukturlara ziyan dəyib

Güclü külək paytaxtın müxtəlif rayonlarında müəyyən problemlər yaradıb -bu barədə şəhər meriyası məlumat yayır.

Meriyadan açıqlandığı üzrə, bir neçə ünvanda ağaclar aşıb, ağacların budaqları sınıb, şəhərdə müxtəlif infrastrukturlar və Yeni il bəzəkləri zərər görüb. Kökündən çıxmış ağaclar bir neçə avtomobilin üzərinə aşıb və onlara ziyan vurub.

“Güclü külək xüsusilə Qldani rayonunda problemlər yaradıb. Həmçinin Tbilisidə bir neçə fərdi evin dam örtüyünü uçurub. Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin nümayəndələri ilə birlikdə Tbilisi Meriyasının bütün müvafiq xidmətləri və rayon icra hakimiyyətlərinin əməkdaşları səhər saatlarından səfərbər olunub və hadisə yerindədirlər. Dəymiş ziyanın aradan qaldırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə fövqəladə rejimdə işləyirlər.

Kökündən çıxmış ağacların və sınmış ağac budaqlarının daşınmasını MMC “Ecoservice” həyata keçirir. Pis hava şəraiti ilə bağlı problem yaranarsa, Tbilisi Meriyasının qaynar xəttinə – 2 72 22 22 nömrəsinə zəng edə bilərsiniz” – meriyanın məlumatında deyilir.