Güclü qar yağması ilə əlaqədar Borcomi-Bakuriani-Axalkalaki avtomobil yolunun müəyyən hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Daxili dövlət əhəmiyyətli Borcomi-Bakuriani-Axalkalaki avtomobil yolunun müəyyən hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.
“Güclü qar yağması ilə əlaqədar, daxili dövlət əhəmiyyətli Borcomi-Bakuriani-Axalkalaki avtomobil yolunun 31 km-63 km (Andeziti-Ğadolari) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib” – deyə Avtomobil Yolları İdarəsinin məlumatında qeyd olunub.