Güclü qar səbəbilə avtomobil yollarında məhdudiyyətlər tətbiq olunur
Güclü qar səbəbilə avtomobil yollarında məhdudiyyətlər tətbiq olunur

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatında mürəkkəb meteoroloji şəraitlə əlaqədar olaraq avtomobil yollarında hərəkət zamanı ləngimlərin qarşısını almaq üçün təmizləmə işlərinin aktiv rejimdə aparıldığı deyilir. Qartəmizləyən texnika bütün istiqamətlərə səfərbər olunub, yollar davamlı olaraq qum-duz qarışığı ilə təmizlənir.

Bu mərhələdə xüsusi hərəkət rejimləri aşağıdakı avtomobil yollarında tətbiq olunur:

Milli Ətraf Mühit Agentliyinin məlumatında beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qar uçqunu təhlükəsinin yüksək olması səbəbilə sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi deyilir. Yolun qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.

İntensiv qar və temperaturun aşağı düşməsi səbəbilə daxili dövlət əhəmiyyətli Vaziani-Qombori-Telavi avtomobil yolunun 30 km -50 km (Qombori kəndi-Şua Mta monastırının döngəsi) hissəsində sürüşmə əleyhinə zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir. Yüksək keçidli avtomobillərin hərəkəti sərbəstdir. Magistral yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Intensiv qar və temperaturun aşağı düşməsi ilə əlaqədar daxili dövlət əhəmiyyətli Qomi-Sachxere-Chiatura-Zestaponi avtomobil yolunun 1 km-52 km (Qomi-Sachxere) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, geridə qalan avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir. Yolun qalan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

İntensiv qar səbəbilə daxili dövlət əhəmiyyətli Sachxere (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Qar və gözlənilən uçqun təhlükəsi ilə əlaqədar daxili dövlət əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 53 km-66 km (Korşa-Biso) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Avtomobil yolunun 1 km-53 km (Jinvali-Korşa) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Daxili dövlət əhəmiyyətli Kutaisi (Tsğaltubo döngəsi)-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili avtomobil yolunun 125 km-151 km (Mele-Lasdili) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Bu avtomobil yolunun 99 km-125 km (Chvelieri-Mele) hissəsində qoşqulu və yarımqoşqu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Geridə qalan avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Avtomobil yolunun 1 km- 99 km (Tsğaltubo döngəsi-Chvelieri) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Daxili dövlət əhəmiyyətli Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 30 km-186 km (Cvari-Uşquli) hissəsində qoşqulu, yarımqoşqulu avtonəqliyyat vasitələrinin və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağan edilib. 70 km -186 km (Xaişi-Uşquli) hissəsində sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir. Yüksək keçidli nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Avtomobil yolunun 1 km- 30 km (Zuqdidi-Cvari) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.