Güclü fırtına nəticəsində Batumidə yeni bulvarın sahili zərər görüb
Güclü fırtına nəticəsində Batumidə yeni bulvarın sahili zərər görüb

 

Güclü fırtına nəticəsində Batumidə yeni bulvarın sahili zərər görüb.

Bulvarın direktoru vəzifəsini icra edən Laşa Mikeladze gəzinti yerlərinin bir hissəsinə və infrastruktura ziyan dəydiyini açıqlayıb. O , hazırda sahildə təmizlik işlərinin aparıldığını bildirib.

“Güclü fırtına oldu, fırtınanın gücü yeddi bala çatırdı. Gəzinti yolları və infrastruktura ziyan dəydi. Təmizlik işləri gecə boyu davam edirdi, günün ikinci yarısında başa çatacaq” – deyə bulvarın direktoru vəzifəsini icra edən Laşa Mikeladze açıqlayıb.

“Milli Hərəkat”ın nümayəndələri də ərazidə olublar. Onlar dağıntıya bəndbərkitmə işlərinin düzgün aparılmamasının səbəb olduğunu bildiriblər.