Qüdsdə ABŞ-ın səfirliyi rəsmi olaraq açıldı. Nümayəndəliyin açılış mərasimində ABŞ prezidentinin qızı İvanka Tramp, kürəkən Cerad Kuşner, xəzinə katibi Stiven Mnuçin və Dövlət katibinin müavini Con Salivan iştirak edirdi.
İsrail tərəfindən tədbirdə baş nazir Benyamin Netanyahu, ölkə prezidenti Reuven Rivlen və başqa yüksək vəzifəlilər iştirak edirdilər.
Mərasimə paralel olaraq, Qüdsdə ABŞ-ın səfirliyinin açılmasına etiraz əlaməti olaraq İsrail sərhədində minlərlə fələstinli toplaşndı. Aksiyanın bir neçə iştirakçısı İsrail ərazisinə keçməyə cəhd etdi. Nəticədə qarşıdurma baş verdi. Hərbiçilər aksiya iştirakçılarına atəş açdılar. Qarşıdurma zamanı 40-dan artıq fələstinli həlak oldu.