Qudauridə zərər görən İsveç vətəndaşı olan hamilə qadının sağlamlıq vəziyyəti stabildir və hamiləlik prosesində heç bir problem görünmür, – bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri David Sergeenko pasienti “Mediklab Georgia” klinikasında ziyarət etdikdən sonra verdi.
“Hamilə xanın bel sümüyünün travmasına görə, hazırda bel ağrılarından şikayət edir. Bugün o həkimlərin nəzarəti altında olacaq və vəziyyətində heç bir dəyişiklik olmasa, bəlkə axşam saatlarında klinikadan çıxıb, ölkəsinə qayıdacaq” – dedi Sergeenko.
Səhiyyə nazirinin dediyinə görə, belə qəzalarda, reanomobil ilə aparılmağa ehtiyacı olmayan pasientləri xəstəxanaya adi aviareys ilə aparacaqlar. Hadisə zamanı, nəql edilən şəxsin yanında həkimin olması zəruridirsə, bu da təmin ediləcək.
Xatırladaq ki, dünən Qudauridə, kanat yolunda baş verən qəza zamanı 11 nəfər zərər gördü.