Qudauridə Sərhəd Polisinə məxsus helikopter idarəetməni itirib və düşüb
Qudauridə Sərhəd Polisinə məxsus helikopter idarəetməni itirib və düşüb. Bu vaxta olan məlumatlara əsasən, helikopterlə Qudauridə düşmüş paraplançıların xilasetmə əməliyyatı aparılırmış.
Helikopterdə ekipaj üzvləri ilə yanaşı, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin xilasediciləri və həkimləri də olub.
Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda, hadisənin təfərrüatlarının dəqiqləşdirildiyi və əlavə məlumatın daha sonra veriləcəyi deyilir.