Qudauridə baş verən faciəyə görə, 30 iyul ölkədə matəm günü elan edilir
Qudauridə baş verən faciəyə görə, 30 iyul ölkədə matəm günü elan edilir

Qudauridə baş verən faciəyə görə, 30 iyul ölkədə matəm günü elan edilir. Bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin bəyanatında qeyd olunur.

Baş nazir həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verir.

Qudauridə Daxili İşlər Nazirliyinin Sərhəd Polisi helikopterinin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin, xilasedicilərin və həkimlərin həlak olmasından dərin kədərləndiyimi ifadə edirəm.

Bu çətin dəqiqələrdə, həlak olanların ailə üzvlərinə və yaxınlarına, Daxili İşlər Nazirliyinin rəhbərliyinə, bütün cəmiyyətimizə dərin hüznlə başsağlığı verir və həmrəyliyini ifadə edirəm.

Baş verənlərə görə, 30 iyul ölkədə matəm günü olaraq bəyan ediləcək”, – İrakli Ğaribaşvili bəyan edir.