Qudauri (Posta)-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyatın hərəkəti bərpa olundu
Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, aparılan intensiv təmizləmə işləri nəticəsində, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi avtomobil yolunun Qudauri(Posta) -Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti bərpa olundu.
Milli Mühit Agentliyinin məlumatına görə, Qudauri(Posta) -Kobi hissəsində avtonəqliyyatın hərəkəti dayanmadan keçmə rejimində, yalnız tunellərin istifadəsi ilə həyata keçiriləcək. Yedəkli, yarımyedəkli avtonəqliyyat vasitələri və 30-dan artıq yeri olan avtobuslar tunellərdə birtərəfli hərəkət edəcəklər.