Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkət qadağan edilib
Qar və aşağı temperatur səbəbilə beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
Verilmiş məlumatda sözügedən hissədə digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin sərbəst olduğu deyilir.
“Milli Ətraf Mühit Agentliyi tərəfindən verilmiş məlumatda Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyatın hərəkətinin dayanmadan keçmə rejimində həyata keçiriləcəyi deyilir. Qudauri (Posta)-Kobi hissəsində, yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə” – deyə agentliyin yaydığı məlumatda qeyd olunur.