Qudauri-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyatın hərəkəti qadağandır
Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, qar və şaxta səbəbindən, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi avtomobil yolunun Qudauri(Posta) -Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır, başqa növ avtonəqliyyatın hərəkəti sərbəstdir”, – məlumatda deyilir.