Qudauri-Kobi hissəsində traylerlərin hərəkəti bərpa olundu
Qudauri-Kobi hissəsində traylerlərin hərəkəti bərpa olundu

İntensiv təmizləmə işləri nəticəsində, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində yedəkli və yarım-yedəkli nəqliyyat vasitələrinin hərəkəti bərpa olundu.

Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Ətraf Mühit üzrə Milli Agentlikdən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək. Yedəkli, yarım-yedəkli və 30-dan artıq yeri olan avtobusların hərəkəti tunellərdə birtərəfli həyata keçiriləcək”, – məlumatda deyilir.