Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatına görə, qar səbəbindən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
İdarənin məlumatında, sözügedən hissədə digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin sərbəst olduğu deyilir.
İdarədən qeyd olunduğu kimi, Amleta-Qudauri(Posta) və Qudauri(Posta)-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri(Posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.