Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Şöbəsi həyata keçirilən təmizləmə işləri nəticəsində, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətinin bərpa olunduğuna dair məlumat yayır.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumatda Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkətinin dayanmadan hərəkət rejimində, Qudauri (Posta)-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcəyi deyilir. Tunellərdə qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin və tutumu 30-dan çox olan avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək.