Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin yaydığı məlumatda, həyata keçirilmiş təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətinin bərpa edildiyi deyilir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan, Qudauri (Posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
“Qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin və sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş M3 kateqoriyalı, 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) avtonəqliyyat vasitələrinin tunellərdə hərəkəti birtərəfli qaydada həyata keçiriləcək” – məlumatda qeyd olunur.