Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatına görə, aparılan təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Stepantsminda-Larsi avtomobil yolunun Mtsxeta-Qudauri(Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Bundan başqa, idarənin məlumatına görə, Mleta-Qudauri(Posta) və Qudauri(Posta)-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
“Tunellərdə qoşqulu, yarımqoşqulu və tutumu 30-dan çox olan avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək. Qeyd olunan rejimdə nəqliyyatın hərəkəti birbaşa patrul polisinin nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək”- deyə Avtomobil Yolları İdarəsindən bildirilib.