Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin yaydığı məlumatda, Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi deyilir.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mtsxeta-Stepantsminda-Larsi beynəlxalq avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksəkdir, bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək”- məlumatda qeyd olunub.