The Guardian - Tuşeti şam ilə örtülmüş cənnət, dərin dərələr və mistik qüllələrdir
The Guardian - Tuşeti şam ilə örtülmüş cənnət, dərin dərələr və mistik qüllələrdir

The Guardian Britan nəşri səyahət haqqında “gürcü şöhrəti – Qafqaza qürüş” adlı məqalə yayır,

Məqalənin müəllifi Elis Kaerns yüksək dağlıq bölgəyə dostları ilə səyahət etmişdi və öz təfərruatları ilə Britan oxularını tanış etdi.

Məqalənin müəllifi qeyd edir ki, Tuşetidə, gürcüstanın ən gözəl bölgəsində səyahət zamanı kənd yayaışı qaydası və böyük perspektiv gördü.

Elis Kaerns nəql edir ki, Tuşetiyə gedib çıxmaq çətindir. Səyahət isə, infrastrukturun mövcud olmadığına görə uzun çəkir. Telavidən cəmi 68 km olduğuna başmayaraq, yolun çətin olduğuna görə, səyahət 5 saatdan artıq vaxt çəkir. Lakin Elis qeyd edir ki, Çeçenistan və Dağıstan sərhədində yerləşən bölgə, buna dəyər.

“Bura şam ilə örtülmüş cənnət, dərin dərələr və mistik qüllələrdir. Burada az müddətlə oluğum vaxtda, vaxt dayandı”, – Kaerns yazır.

Məqalənin müəllifi xatırlayır, bələdçi turistlərə xəbərdarlıq edirdi ki, Tuşeti ərazisində pul təyinatını itirir. Elis qeyd edir ki, bələdçi yalan danışmırdı, çünki orada mağazalar, mehmanxanalar, taksilər, barlar, elektrik və asfatlı yollar yoxdur. Yalnız cığırlar birləşmiş kəndlər və at yolu var.

Üş günlük zamanı Britanyalı turist və onun dostları Kolxetiya şam meşəsində at turu ilə kiçik kəndləri gəzdilər.

Elis söyləyir ki, səyahətin birinci günü onlar Diklonu gözdən keçirdilər. Sərhədçi onlardan kitabçaya qeydlər etməsini xahiş etdi. Onlardan bir neçə metrdə isə rus hərbiçiləri durudular. Lakin Elis qeyd edir ki, Tuşeti sakit yerdir. Onlar, gecələmək üçün təklif olunan evdə isə pişmiş çörək, pendir, xəngəl və pivə ilə qarşılaşdılar.

Dəniz səviyyəsindən 3 000 metrdə yerləşən Oreti gölündə isə dörd saat ərzində atla gəzirdilər.

Məqalənin müəllifi söyləyir ki, oktyabrdan may ayına qədər davam edəm qış, Tuşetiyə gdən yeganə yolu düz səkkiz aylığına bağlayır. Buna görə də, bölgə sakinlərinin əksəriyyəti oranı tərk edir. 

Elis qeyd edir ki, yürüş zamanı görə bilmədiyi kəndləri görmək üçün böyük məmnuniyyətlə qayıdardı. Elə burada müəllif səyahət arzusunda olanlari təxmini qiymətlərlə tanış edir.

Elisin dediyinə görə, üçgünlük tur bir nəfər üçün 185-270, altı günlük tur isə 395-535 dollar arasında başa gəlir.