"Guardian"-"Delta" variantı ilə müqayisədə, "Omicron"-a yoluxan şəxsin klinikaya yerləşdirilmə riski 70% azdır
Koronavirusun “Delta” variantı ilə müqayisədə “Omicron”-a yoluxan şəxsin klinikaya yerləşdirilmə riski 70% azdır-bu barədə “Guardian” nəşri Böyük Britaniyanın Sağlamlığın Təhlükəsizliyi Agentliyinə (UKHSA) istinadən xəbər verir.
UKHSA-dan verilən məlumata görə, buna baxmayaraq “Omicron” “Delta”-dan daha çox yoluxucudur və çox sayda insanın xəstəxanaya yerləşdirilməsinə ehtiyac yarana bilər.
Eyni zamanda, UKHSA-da ilkin məlumatları ilə ehtimal edirlər ki, gücləndirici dozanın vurulmasından 10 həftə sonra insan orqanizmində koronavirusdan müdafiə mexanizmi yenə də zəifləyir və bəzi insanlara peyvəndin dördüncü dozası lazım ola bilər.