Qroznıda kilsəyə edilən hücum zamanı həlak olanlar oldu
Qroznıda kilsəyə edilən hücum zamanı həlak olanlar oldu

Qroznı şəhərinin mərkəzində yerləşən kilsəyə naməlum şəxslər hücum etdilər.

Hücum nəticəsində həlak olanlar var.

Rus medyasının məlumatına görə, silahlı döyüşçülər ən az iki polis və bir vətəndaşı öldürdülər.

Çeçenistanın başçısı Ramzan Kadırovun bəyanatına görə, silahlı şəxslər kilsəyə daxil oldular və orada yığılan insanları rehin almağa çalışdılar.

Keçirilən xüsusi əməliyyat nəticəsində, kilsəyə hücum edən dörd nəfər likvidasiya edildi.

Kadırov bəyan etdi ki, hadisə yerindədir və baş verənlərə şəxsən nəzarət edir.

Onun dediyinə görə, hazırda polis hücum edənlərin kimliklərini identifikasiya etməyə çalışır.