Qroznıdə ortodoks kilsəsinə hücüm edən şəxlərdən üçü çeçen, biri isə, inquş idi
Qroznıdə ortodoks kilsəsinə hücüm edən şəxlərdən üçü çeçen, biri isə, inquş idi

Kavkazski Uzel nəşriyyatının məlumatına görə, Qroznı şəhərində ortodoks kilsəsinə hücüm edən şəxlərdən üçü çeçen, biri isə, inquş idi.

Jurnalistlərin məlumatına görə, hücum edənlər Amir və Ali Yunusovlar və Mikael Alisultanovdur.

Onların heç birinin yaşı 19-u keçməyib.

“Kommersant”-ın məlumatına görə, hücum edən şəxslər Çeçen Respublikasının inzibati rezidensiyasına hücum etməyi planlaşdırırdılar, ancaq son anda fikir dəyişdirdilər.

Qroznı şəhərinin kilsəsinə hücum dünən baş verdi.

Hücum nəticəsində iki polis və bir vətəndaş həlak oldu.

Hücum edən şəxslərin dördü də likvidasiya edildi.