Qriqol Robakidze adına Universitet ilə Texas Universiteti arasında memorandum imzalanıb
Qriqol Robakidze adına Universitet ilə Texas Universiteti arasında memorandum imzalanıb.
Qarşılıqlı razılaşma sənədi tələbələrin və professor-müəllimlərin mübadilə proqramları, tədris və elmi kurslar, eləcə də tədqiqat və treninqlərdə iştirakını nəzərdə tutur.
Amerikanın Gürcüstan səfirliyinin iştirakı və yardımı ilə Texas Universiteti ilə memorandum imzalanıb.
ABŞ səfiri Kelli Deqnan proqramın iki universitet arasında əlaqələrin gücləndirilməsini əhatə etdiyini bildirir, proqram eləcə də universitet prinsiplərinin və bacarıqlarının inkişafına diqqəti yönəldib.
“Mən bu gün burada olmaqdan şadam, Qriqol Robakidze Universiteti ilə ABŞ-ın ən böyük institutlarından biri, eyni zamanda Texasın ilk universiteti olan Texas Universiteti arasında anlaşma memorandumu imzalanır. Bu, iki universitet arasında əlaqələrin gücləndirilməsini nəzərdə tutan çox maraqlı proqramdır, Gürcüstandakı müəllimlərlə yanaşı, universitet prinsiplərinin və bacarıqlarının inkişafına diqqət yetirir. Bu, möhtəşəm gün, böyük fürsət və Gürcüstanla ABŞ arasında təhsil sahəsində sıx əlaqələrin daha bir gözəl nümunəsidir” – deyə ABŞ səfiri bildirib.