Qriqol Liluaşvilinin məlumatına görə, Dmanisi hadisələri ilə bağlı bir neçə nəfər həbs olunub
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin məlumatına görə, hazırda Dmanisidə sakit vəziyətdir.
“Münaqişə tərəfləri ilə müvafiq şəxslər işləyirlər”, – dedi Liluaşvili.
Liluaşvilinin dediyinə görə, insindentlə bağlı bir neçə nəfər həbs olunub.
“İstintaq davam edir. Ciddi zərər görənlər haqqında məlumatımız yoxdur. Bəli münaqişə zamanı insanlar zərər gördü, ancaq buna etnik münaqişə demək olmaz. Bunu deyənlər ölkəyə düşmanlıq edirlər, çünki münaqişə mağazada ərzaq ücbatından baş veib və onu böyüdüb, qızışdırmq lazım deyil. Bu ölkəmizə zərər verə bilər”, – dedi Qriqol Liluaşvili.