Qriqol Liluaşvili Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri ilə görüşüb
Qriqol Liluaşvili Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri ilə görüşüb

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri Razden Kupraşvili ilə görüşüb.

Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, işgüzar görüşdə Korrupsiyaya qarşı Mübarizə Bürosunun fəaliyyətinin əsas istiqamətləri, həyata keçirilən işlər və gələcək planlar müzakirə olunub. Dövlət qurumlarında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində görüləcək tədbirlər müzakirə edilib.

Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri qurumun qarşısında duran əsas vəzifələr və prioritet istiqamətlər üzərində dayanıb.

Görüşdə ikitərəfli əməkdaşlığın korrupsiya və məmur cinayətlərinə qarşı səmərəli mübarizəyə töhfə verəcəyi qeyd edilib.

Məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayıb.