Qriqol Qoqeliya - "Yayımlar haqqında" qanunlayihə barəsində prerzidentin maraqlandığı hər bir mövzuya cavab verəcəyik
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili İctimai Yayımçının Qəyyumlar Şurasının üzvləri ilə görüşür. Görüşün müzakirə mövzusu “Yayımlar haqqında” qanunlayihədir
Görüşün başlamasına qədər, İctimai Yayımçının Qəyyumlar Şurasının sədri, Qriqol Qoqeliyanın jurnalistlərə bildirdiyinə görə, prezident Qəyyumlar Şurası ilə görüş arzusunda olduğunu bildirdi. Elə onun dediyinə görə, “Yayımlar haqqında” qanunlayihə barəsində prerzidentin maraqlandığı hər bir mövzuya cavab veriləcək.
Qoqeliyanın dediyinə görə, İctimai Yayımçının Qəyyumlar Şurasının üzvləri “Yayımlar haqqında” qanunlayihəsi zərfini artıq müzakirə etdi və iki üzvünün istisnası ilə, artıq dəstəklədi.
Görüşdə şuranın doqquz üzvündən altısı iştirak edirdi.
“Yayımlar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı, Gürcüstan prezidenti İctimai Yayımçının İcraçı Şurasının üzvləri ilə bir neçə gün bundan əvvəl görüşdü. Buna qədər prezident administrasiyasında mediya və QHT bölməsinin nümayəndələri ilə görüş keçirildi.
“Yayımlar haqqında” qanunvericilik zərfini Gürcüstan parlamenti, 85 leyhinə, 6 əleyhinə olaraq dekabrın 14-də təsdiq etdi.